Panama bayrağı altında üzən "Little Seyma" gəmisi Yunanıstana məxsus kiçik adaların yaxınlığında saya oturub.
Unikal.org trend-ə istinadən məlumatına görə, gəminin göyərtəsində 12 ekipaj üzvündən 9-u ukraynalı, 3-ü azərbaycanlıdır.
Onların həyatı üçün hər hansı təhlükə olmadığı bildirilir.
Rusiyada limandan çıxıb Famaqustaya istiqamət götürən yük gəmisi 2700 ton un daşıyır.