İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.

Unikal.org-un məlumatına görə, turun mərkəzi görüşü bu gün keçirilib.
Madriddə əzəli rəqiblər "Real və "Barselona üz-üzə gəlib. Böyük maraqla gözlənilən ilin son "El-Klassikosunda Kataloniya klubu 3:0 hesabı ilə qalib gəlib.
Bu qələbə lider "Barselona xalını 45-ə yüksəldib. "Atletiko" 36 xalla ikinci "Valensiya" 34 xalla üçüncüdür. "Real isə 31 xalla dördüncü pillədə qərarlaşıb.