Avqustun 10-da Gəncə şəhəri ərazisindəki marketlərin birindən 2500 manat pul oğurlamaqda şübhəli bilinən şəhər və Yevlax rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılan yeniyetmələr barəsində iş aparılır.