Avstraliyalı reqbiçi meydanda daha faydalı olmaq üçün barmağını amputasiya etdirmək qərarına gəlib.
Unikal.org xəbər verir ki, "Saut Sidney Rebbitouz reqbi klubunun aparıcı üzvü Anqus Kristonun sol əlinin orta barmağında problem yaranıb.
İdmançının bildirdiyinə görə, yumruğunu bükərkən barmağı qatlanmırmış. Bu da mübarizə zamanı ona problem yaradırmış. Reqbiçi bildirib ki, barmaq oyun zamanı tam faydasız olub.
O, bu problemi aradan qaldırmaq üçün 6 dəfə əməliyyat olunub. Ancaq nəticə olmayıb. Son olaraq, o, barmağının amputasiya edilməsi barədə qərar qəbul edib. Reqbiçinin barmağı noyabrda amputasiya edilib ki, martda başlayacaq mövsümə hazır olsun.
O, yayda klubu ilə müqaviləni 2020-ci ilə qədər uzadıb.