"Realın kapitanı Serxio Ramos "Barselona ilə oyundan (0:3) sonra mətbuata danışıb.
Unikal.org xəbər verir ki, Ramos ilk hissədə yaxşı oynadıqlarını, ikinci yarıda isə fərqli komanda olduqlarını deyib. O, Luis Suaresə qarşı qayda pozuntusuna da toxunub:
"İlk hissədə olduqca yaxşı təsir bağışladıq. İkinci yarıda isə bizi tanımaq olmurdu. Bizim klubun tarixi diqtə edir ki, sona qədər mübarizə aparmaq lazımdı.
Çempionatda situasiya çox ağırdı. Bir çoxları deyir ki, artıq çempionluq əlçatmazdı. Ancaq biz sona qədər mübarizə aparacağıq.
Suaresə qarşı qayda pozuntusu? "Barselonada deyəcəklər ki, mən Pudçemonla birgə həbsxanada oturmalıyam. Baxmayaraq ki, mənim onu qəsdən vurmaq fikrim olmayıb".