Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təlim-tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bərabər, əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilir.

Unikal.org xəbər verir ki, DTX-də şəxsi heyətin idmanla məşğul olması, fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şərait yaradılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin imzaladığı Qərarla 24 dekabr 2017-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində "Velosiped idman klubu" təsis olunmuşdur.
"Velosiped idman klubu"nun təlim və maddi-texniki bazasının yaradılması ilə əlaqədar müvafiq təşkilati tədbirlər həyata keçirilib.