Məşhur futbolçu, "Evertonun hücumçusu Ueyni Runi xeyirxah addımı ilə diqqət çəkib. 

Unikal.org xəbər verir ki, Runi uşaqların xəstəliklərinə yardım edən 3 fondun hesabına pul köçürüb. O, ümumilikdə 840 min avro yardım edib:

"Mənim üçün xəstəliklə pozitiv ruhda mübarizə aparan uşaqlarla və onların ailələri ilə görüşmək həmişə şərəfdi. İndi isə xüsusən, ilin həssas vaxtdı. Biz onlara Milad sevinci yaşatmalıyıq.

Runi uşaqlara yardım etmək üçün öz adına da fond yaradıb.