"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu haqda öz vətənində kitab çap olunub.

Unikal.org xəbərinə görə, bu haqda futbolçu özü bu barədə şəxsi "instagram" hesabında məlumat verib. 

"Qələbə qolu" adlanan kitabın müəllifi Sizvi Feys Sitoledir.

Avtobioqrafiya xarakterli əsərin üz qabığında Ndlovunun "Qarabağ"ın heyətində vurduğu qollardan birini qeyd edərkən çəkilmiş fotosu və "Siz bu hissləri supermarketdən ala bilməzsiniz, onun üçün çalışmaq lazımdır. Bu, mənim həyatımın ən yaxşı günlərindən biri idi", - sözləri yer alıb".

Kitaba görə müəllifə minnətdarlıq edən Dino bunları qeyd edib: "Heç vaxt özümlə bu qədər qürur duymamışdım. Sizvi Feys Sitole, mənə belə böyük layihə kimi yanaşdığın üçün təşəkkür edirəm. Çox həyəcanlıyam".