Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Unikal.org xəbər verir ki, BƏƏ-nin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.

Qolları Anna Abulaşvili, Nigar Mirzəliyeva və Umnisə Əliyeva vurub.