Ölkənin elan saytlarından birində futbol klubu satışa çıxarılıb.
Qol.az-ın məlumatına görə, elanda Abşeron rayonunda böyük bazası olan klubun bütün avadanlığı ilə birlikdə satıldığı qeyd olunub. 11 hektarlıq ərazini əhatə edən bazaya 15 milyon manat qiymət qoyulub.
Ad açıqlanmasa da, həmin klubun Hafiz Məmmədovun prezidenti olduğu "Bakı" klubu olduğu güman edilir.
Məsələ ilə bağlı "Bakının vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxladıq. Y.Seyidov Unikal.org-a açıqlamsında həmin bazanın onlara aid olmadığını deyib:
"Bizim bazamız Biləcəridə yerləşir. Həmin elanın bizə, klubumuzun rəhbəri Hafiz Məmmədova heç bir aidiyyatı yoxdur".
Unikal.org-un başqa bir mənbədən aldığı məlumata görə, həmin bazanın sahibi olan klub heç bir zaman Premiyer liqa və I Diviizionda çıxış etməyib. Həmin baza hazırda vəzifədə olan şəxslərdən birinə məxsusdur.
Aygün İlqarqızı