Mövsümün ilk yarısı başa çatdıqdan sonra bir neçə oyunçusu ilə yollarını ayıran "Keşlə argentinalı futbolçu ilə razılığa gəlib.
Unikal.org xəbər verir ki, Bakı təmsilçisi Çexiyanın "Zlin komandasından ayrılan Pablo Podionun keçidini həll edib. Bu barədə "Zlinin baş məşqçisi Bohumil Panik Çexiya mətbuatına açıqlamasında məlumat verib. O, Pablonun daha çox oynamaq istədiyini, buna görə, yarımmüdafiəçinin "Keşləyə keçidinə icazə verdiklərini açıqlayıb.
"Keşlə argentinalı futbolçunun keçidini rəsmən açıqlamayıb.
Almaniyanın məşhur "transfermarkt" saytı futbolçunun cari transfer qiynmətinin 370 min dollar olduğunu qeyd edib. Saytın məlumatına görə, futbolçu bu qiymətə Azərbaycan klubuna keçid alıb.
28 yaşlı yarımmüdafiəçi 2008-2017-ci illər aralığında Slovakiyanın "Podbrezova klubunda top qovub. O, bu ildən "Zlinin şərəfini qoruyurdu. Çexiya təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən Podio, cari mövsümdə 3-ü ölkə çempionatı, 2-si kubokda olmaqla, cəmi 5 oyunda şans qazanıb.