Tanınmış məşqçinin başına iş gəlib. Məşqçi maşınla heyvan vutub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın "Valensiya klubunun baş məşqçisi Marselino Qarsiya Toral evə qayıdarkən avtomobil qəzasına düşüb. Onun idarə etdiyi avromobil qəfildən yola çıxan donuzla toqquşub. Hadisə zamanı onun yanında iki qadın da olub.
Xəsarətlər ala 52 yaşlı mütəxəssis və yaxınları dərhal xəstəxanaya aparılıb. Hazırda onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Həmçinin bildirilir ki, Marselino şənbə günü baş tutan La Liqanın "Vilyarrealla ev oyunundan dərhal sonra Milad bayramını yaxınları ilə birgə qeyd etmək üçün Xixon şəhərinə gedərkən qəzaya uğrayıb.