Gənclər və idman naziri Azad Rəhimov media nümayəndələri üçün 2017-ci ilin yekun mətbuat konfrnasını keçirib.
Unikal.org xəbər verir ki, görüşdə İdman sahəsində görülmüş işlər dəyərləndirilib. İdmançılarımızın iştirak etdiyi Beynəlxalq yarışlar və qazanılan medallardan danışılıb.
Nazir Azad Rəhimov "Qarabağın Avrokuboklarda bu ilki çıxışını da dəyərləndirib:
""Qarabağ futbol klubu çempionlar liqasında çıxışı ilə bütün xalqı sevindirdi. "Qarabağın "Roma", "Atletika" ilə oyunları göstərdi ki, Azərbaycan futbolunun potensialı var. Baxmayaraq ki, "Qarabağ klubunun maliyyəsi digər klubların maliyyəsindən az idi, klubun daha böyük peşəkarlıq nümayiş etdirdi. "Qarabağ" klubunun qələbələri bizim azarkeşlərdə inam yaratdı ki, Azərbaycan futbolu gələcəkdə daha böyük qələbələr qazana bilər və biz bunu gözləyirik.
Nazir həmçinin bildirib ki, Azərbaycanda bütün Olimpiya komplekslərində olimpiya idman növləri üzrə bütün seksiyalar pulsuz xidmət göstərir:
"İstənilən vətəndaş həmin komplekslərə müraciət edərək heç bir ödəniş etmədən idmanla məşğul ola bilər.
A.Rəhimov qeyd edib ki, əgər hansısa vətəndaşa pullu xidmət təklif edilərsə, dərhal nazirliyə məlumat versin:
"Bəzi idman növləri üzrə abunə haqqı tələb oluna bilər. Üzgüçülük üçün suyun təmiz saxlanılması vəsait tələb edən məsələdir. Bu baxmdan su hovuzlarından abunəlik haqqı tələb oluna bilər. Həmçinin, şərq idman növləri üçün zallar, mini-futbol meydançası müəyyən aşağı ödəniş tələb olunmaqla icarəyə verilə bilər.
Gənclər və idman naziri Azad Rəhimov sözlərinə belə davam edib: "2017-ci il ərzində Azərbaycan dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 851 medal qazanıb. İdmançılarımız 347 qızıl, 236 gümüş və 268 bürünc medal əldə ediblər".
O qeyd edib ki, ölkədə 219 respublika yarışı təşkil edilib, 55 beynəlxalq yarış keçirilib, 234 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub:
Nazir həmçinin qeyd edib ki, 2017-ci ilin ikinci yarısında təkcə rəsmi yarışlarda 48 qızıl, 38 gümüş və 56 bürünc medal qazanılıb.