Bakının Səbail rayonunda dava zamanı iki nəfər xəsarət alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində yerləşən kafelərin birində 1962-ci il təvəllüdlü Əliyev Nəsrəddin Novruz oğlu ilə 1985-ci il təvəllüdlü Məmmədov Rəşadət Qafar oğlu əlbəytaxa olub.
Dava zamanı N.Əliyev şüşə butulkanı R.Məmmədovun başına çırpıb. R.Məmmədov isə N.Əliyevi stul ilə vurub. Hər iki tərəf ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxs kimi R.Məmmədovun saxlanılması üçün xəstəxanada növbətçi post təyin edib.