Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl prezident İlham Əliyev tərəfindən idmançılara, idman xadimlərinə mənzil və digər mükafatlar təqdim edilib. Maraqlıdır ki, onlar yeni ili necə qarşılamaq fikrindədir? 

Unikal.org mükafatlandırılan idmançılara bu sualla müraciət edib.

Prezident tərfindən mənzillə mükafatlandırılan sambo üzrə milli komandanın məşqçisi Bəxtiyar Hacıyev tətili ölkə daxilində keçirməyi planlaşdırır:

"Əlbəttə yeni ili ölkəmizdə olacam. Ailəmlə Şahdağ Turizm mərkəzində keçirməyi planlaşdırıram.




Mənzillə mükafatlandırılan digər idman xadimi taekvondo üzrə milli yığma komandanın böyük məşqçisi Rəşad Əhmədovdur. Keçmiş idmançı iki hissəli plan qurub:

"Dekabrın 31-i gecəsi valideyinlərim və ailəmlə birlikdə Bakıda olacam. Ayın 1-2 sindən sonra Qusara, Şahdağa gedib xizək sürməyi planlaşdırmışam. İnşAllah qismət olarsa...




Rio Paralimpiya Oyunlarının qalibi, cüdoçu Ramil Qasımov da tətilini ölkə daxilində keçirmək fikrindədir. Mənzillə mükafatlandırılan idmançı bayramı ailəsi ilə birlikdə olacaq:

"Anam, atamla öz ailəmlə keçirəcəm. Ölkə daxilində bayram etməyi planlaşdırırq.




Yeni mənzil alan idmançılardan biri də basketbol üzrə milli komandamızın baş məşqçisi Amil Həmzəyevdir. O da bayramı öz doğmaları ilə keçirməyi düşünür:

"Yeni ili evdə ailəmlə birlikdə olacam. Belə ki, planım atam, anam, qardaşımın ailəsi, mənim ailəm bir yerdə qeyd etməkdir. 




Prezidentin fəxri fərmanı ilə təltif olunanan "tank ləqəbli kikboksçu Xəyal Əhmədov da bayrama iki plan qurub:

"Yeni ili anamla qarşlıyacam. Öz evimdə anamın yanında olacam. İnşallah yeni ildən sonra harasa getməyi düşünürəm. 



Aygün İlqarqızı