Dünya futbolunun əfsanələrindən sayılan Corc Vea prezident seçilib. O Liberiya dövlətinin başçısı olub.
Unikal.org xəbər verir ki, 1995-ci ildə "Qızıl topun sahibi olmuş Vea seçkilərdə əsas rəqibi, vitse-prezident Jozef Bokayanı qabaqlayıb. Vea demokratik qüvvələrin namizədi kimi seçkiyə qatılmışdı.
Qeyd edək ki, o, ilk dəfə 2005-ci ildə prezident seçkilərində iştirak etmişdi. Həmin vaxt Vea 40 faizdən yuxarı səs toplasa da, Liberiyanın tarixində ilk qadın prezident olan Ellen-Conson Serlifə məğlub olmuşdu.
Vea karyerası ərzində "Çelsi, "Monako, "Milan, PSJ, "Mançester Siti kimi klubların şərəfini qoruyub.