AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda müxtəlif yaşlı futbolçular arasında keçirilən liqa oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib: 

Regional Liqasının "Ümid - "Tufan matçında "Ümid klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 liqasında "Keşlə - "Neftçi matçının 89-cu dəqiqəsində "Neftçinin baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Lakin sonradan Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunub. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 â„–-li protokoluna dəyişiklik edərək, Elçin Dərgahquliyevi hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırıb.

U-13 qızlar liqasında "Əhmədli Yunayted" - "Sumqayıt" matçında "Sumqayıt" komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar liqasında "Amasiya" FK - "Fidan" matçında "Fidan" komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.