Bakıda polis əməkdaşını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və 1976-cı il doğumlu Əhmədyar Məhərərmovun apelyasiya şiakyəti üzrə məhkəmə prosesi başlayıb.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Aapelyasiya Məhkəməsində Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.
İttihama görə, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektindəki kafelərdən birində baş verib.
1979-cu il təvvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvvəllüdlü Kamil Məsimov adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov içəri girib. Ona deyiblər ki, otaqdan çıx. Bu zaman mübahisə baş verib.
Əhmədyar Məhərrəmov çıxıb, Namiq Abdullayev onun arxasınca qaçıb. Onlar arasında əlbəyaxa dava düşüb. Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub, Namiq Abdullayevi döyüb. Münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb.
Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirib, ərazidən qaçıblar.
Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.
Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Həsənov 14 il 6 ay, Əhmədyar Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün dəyişdirilməsini, ədalətli qərar qəbul edilməsini istəyiblər.
Apelyasiya instansiyasında ilkin baxış iclası baş tutub. Apelyasiya şikayətinin dəlilləri araşdırılandan sonra qərar elan edilib.
Qərara görə, təqsirləndirilən Əli Həsənovun apelyasiya şikayəti qismən təmin edilib.
Onun cəzası 13 il 6 aya endirilib. Hökm qalan hissəsi dəyişdirilmədən saxlanılıb.