2017-ci ilin yanvar-noyabr aylarında paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artaraq 16601,0 milyon manat olub.
Bakı şəhər Statistika İdarəsindən Unikal.org-a verilən məlumata görə, həmin müddətdə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi 16596,7 milyon manat təşkil edib.
İlin əvvəlindən paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 92,5 manat çox vəsait xərcləyib.