Nazirlər Kabineti "İşsizlikdən sığorta haqqında" qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədar bəzi qərarlarını ləğv edib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabinetinin "İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında" qərarı ləğv edilib.
Ləğv edilmə ilə bağlı qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.