"Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun daha bir adamı bıçaqlanıb.
Unikal.org xəbər verir ki, qafqazinfo - nun əldə etdiyi məlumata görə, hadisə Şəmkirdə baş verib.
Bıçaqlanan şəxs "Yetim ləqəbli Sabir adlı avtoritetdir.
Xatırladaq ki, Nadir Səlifovun daha bir adamı Rəşad Gəncinski dekabrın 30-da İstanbulda bıçaqlanmışdı.
Qeyd edək ki, N.Səlifov ötən il 15 oktyabrda azadlığa çıxdıqdan sonra İstanbula yerləşib.