Yanvarın 11-dən 16/15 â„–-li Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.
"Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın unikal.org-a verdiyi məlumata görə, qatar qeyd olunan tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin cümə axşamı, Bakı vaxtı ilə saat 07:00-da yola düşəcək. Məşhəd stansiyasına 12 yanvar tarixdən etibarən həftənin cümə günləri İran vaxtı ilə saat 14:25-də çatacaq və həmin gün saat 22:00-da geriyə yola düşəcək.
Naxçıvana qatar 14 yanvar tarixdən etibarən həftənin bazar günləri saat 06:00-da çatacaq.
Qeyd edək ki, Naxçıvan - Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb.