Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.
Unikal.org reprot-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91 yun emalı müəssisəsinin sahibidir.
***
"Atena MMC-dən unikal.org-a bildirilib ki, Mülhazil Balakişiyevin bu şirkətlə əlaqəsi yoxdur: "O, "Ketchi süd məhsulları şirkətinin sahibidir.