Xırdalan şəhərində qətl hadisəsi baş verib.
Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı,24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.
Hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs qismindəsaxlanılan E.Ağasenovilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzilitərk etmək istədiyini, qətli isə qısqanclıq zəminində törətdiyini boynuna alıb.
A.Nadirovanın həyat yoldaşından boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyi bildirilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.