Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsinə müraciət edən Xırdalan şəhər sakini olan bir qadın mobil telefonunun oğurlandığını bildirib.
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, araşdırmalarla qadının "Samsunq Qalaksi S6" markalı telefonunun metronun "Elmlər Akademiyası" stansiyasında qatara minərkən gödəkçəsinin cibindən oğurlanması məlum olub.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğun 3 nəfər tərəfindən törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli şəxslər saxlanılıblar.
Onlar Elnur Hüseynov, əvvəllər məhkum olunmuşr Emil Məmmədov və Əli Həsənovdur. Saxlanılanlar bu əməli narkotikin təsiri altında etdiklərini və oğurladıqları həmin telefonu satdıqlarını etiraf ediblər.
Onların digər cinayətlərdə iştirakının olub-olmaması da araşdırılır.