Bir müddətdir ki, "Kristal Abşeron" şirkəti tərəfindən tikilən binalarda yaşayan sakinlər isti suyun və istilik sisteminin qiymətlərinin qaldırılmasından narazılıq edir.

Unikal.org xəbər verir ki, şirkət Tarif Şurasının enerji daşıyıcılarının qiymətinin artırılmasından sonra qiymət artımının edilməsinə məcbur qaldıqlarını dəfələrlə qeyd edib.

Narahatçılığın səbəbi

Məlumdur ki, ötən il noyabr ayında Tarif Şurası tərəfindən təbii qazın və işığın qiyməti qaldırılıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.Lakin MTK qazanxanları qeyri - əhali seqmentinə aid olduğu üçün onlara heç bir limit tətbiq edilmir , yəni kubmetr qiyməti 20 qəpikdən hesablanır.

İşığın qiymətləri isə 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.

O cümlədən,"Azərsu" ASC-nin müraciəti ötən ilin may ayında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr müəyyən edilib.

Kristal Abşeronun problemi həll etməyə çalışması

Göründüyü kimi, Tarif Şurasının sözügedən qərarlarından sonra Kristal Abşeron şirkəti də kommunal xərclər üzrə qiymətlərə yenidən baxmalı olub. Bu zaman şirkət ötən il istilik sistemi üçün qiymətləri 40 qəpikdən 70 qəpiyə qaldırıb. Bu il isə artan xərclərlə əlaqədar olaraqyenidən qiymət 80 qəpiyə qaldırılıb.İsti suyun bir kubmetri isə sakinlərə ötən il 2 manat 30 qəpiyə, bu il isə 3.50 qəpiyə təklif olunub.Sakinlər də mənzillərinin kvadratına əsasən qiymətlərin artmasına görə MTK-ya xeyli pul ödəməli olurlar.

"Kristal Abşeron" şirkəti bu məqamda sakinlərəenerji daşıyıcıların əhali seqmentinə limit verilməsini nəzərə alaraq aylıq xərclərinin azalması üçün şəxsi kombi sistemini çəkdirməyi təklif edir. Hazırda mənzilində kombi sistemini çəkdirmiş sakinlər də xərclərinin xeyli azaldığını vurğulayırlar.

Sakinlər arasında sorğu

Apardığım araşdırmanın nəticəsi olaraq qeyd etmək istəyirik ki, "Kristal Abşeron"ın bir neçə ərazidə inşa etdiyi mənzillərdə yaşayan  sakinlər fərdi kombi sisteminin daha sərfəli olduğunu vurğulayır.Araşdırma nəticəsində məlum oldu ki, kombi sisteminin sakinlərə aylıq isitmə xərclərinə 2-3 dəfə qənaət etməsinin əsas səbəblərindən biri də Kristal Abşeron inşa etdiyi binaların təbii daş yunundan hazırlanan xüsusi izolyasiya materialı ilə üzlənməsidir. Avropa təcrübəsi göstərir ki, izolyasiya edilmiş binalarda yaşayan insanlar, mənzildaxili temperaturun stabil olduğuna görə daha sağlam olurlar və enerji xərclərinə qənaet edirlər.

- Belə ki, Günəşli filialı, 9-cu binada yaşayan R.Qarayev bildirib ki,əvvəllər qazın və enerjinin qiyməti qalxmadan qabaq şirkətin mərkəzi istilik sistemindən istifadə etmək  sərf edib: " Qiymətlər qalxandan sonra isə kombi işlətmək sərf edir. Evim 39.4 kv metrdir. Aya isti su ilə birgə əvvəl 30 manat ödəyirdim. İndi isə maksimum 15-20  manat ödəyirəm. 6 aydır ki, şəxsi kombi çəkdirmişəm.

Sumqayıt filialı, 2-ci binada yaşayan N. Ağayevanın sözlərinə görə, iyul ayında şəxsi kombi çəkdirib: "Evim 48 kv.metrdir. Kombi çəkdirənə kimi aylıq 15 manat mərkəzi istiliyə pul ödəyirdik. Ancaq qiymətlər   qalxandan sonra  kombi çəkdirdik. İndi xərcimiz əvvəlkindən  bir qədər az çıxır. Kombini şirkətdən hissəli ödənişlə götürmüşdük.  Quraşdırılma və material xərclərini isə şirkət ödəyib.

Günəşli filialı, 9-cu binada V. Əliyev qeyd edib ki, əvvəl 50 manat istixana üçün pul ödəyib: ". İndi isə ortalama xərcimiz maksimum 20 manatdır. Bir neçə ildən sonra vəziyyətin necə olacağını bilmirik. 7-8 ay olar ki, kombi çəkdirmişik.  Kombini şirkətdən bazardan 300manat ucuz qiymətə aldıq. Mənzilim 70 kv.metrdir.

Əcəmi filialı bina 115-də  R. Sayadov  xatırladıb ki, əvvəl qiymət qalxmamışdan qabaq 70 manata yaxın xərci çıxıb: "Qiymət qalxandan sonra  xərc 100 manata qalxdı. Bu tək mənə yox, heç kimə də sərf etmir. İndi isə bir ay üçün 28 manat  ödəyirəm. Evim 127 kv.  metrdir.

Sumqayıt  filialı bina 1-də yaşayan İ.Əsədov vurğulayıb ki, mərkəzi istilik sistemi olan zaman şirkətə 32 manat pul ödəyib: "İndi isə 10 manat xərcim çıxır. Mənzilim 45.5 kv.metrdir. 4 aydır ki, bu sistemdən istifadə edirik.

Sumqayıt  filialı bina 1-də yaşayan F. Orduxanov hər şeydən razı qaldığını diqqətə çatdırıb: "Əvvəl 80manata qədər xərcim çıxırdı. İndi dəfələrlə az xərcim çıxır. Onu bilirəm ki, şəxsi kombi çəkdirmək daha yaxşıdır. Evim 70 kv. Metrdir. Bu sistem bizə sərf edir.

Xülasə

Kristal Abşeron kompleksləri inşa edilərkən sakinlərin sağlamlığı və sərfiyyatı düşünülərək külli miqdarda vəsait xərclənərək istixanalar tikilmişdir və bu istixanalar 4 il fəaliyyət göstərmişdir.Tarif şurasının qərarından sonra isə sakinləri də nəzərə alaraq istilik xərclərini əhaliya uyğun tənzimlənməsi üçün müraciət olunmuşdur. Bundan əlavə istixanaların tərkibinə keçirməsi üçün 'Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinə' müraciət olunmuşdur.

Narahatçılığı aradan qaldırmağa çalışsa da, şirkətin müraciətlərinə müsbət cavab alına bilinməmişdir. Üstəlik su və işiq üçün təyin olunan tariflərin qalxması da sakinləri daha çətin vəziyyətə gətirib çıxartmışdır. Bunları nəzərə alaraq Kristal Abşeron bu günə qədər kombi sisteminin çəkilmə və material xərclərini öz üzərinə götürmüşdür, nağd və hissəli ödənişlə kombi sahibi olmaq imkanını yaratmışdır.

Kristal Abşeron olaraq yaranan vəziyyətdən zərərsiz deyil, əksinə MTK üçün maddi zərər olmasından başqa sakinlərin narahatçılığı və şirkətimizin imicinə zərər olaraq nəticələnmişdir.