"Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılması böyük əhəmiyyət daşıyar.
Unikal.org-un məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla təmin edilir: "Şahdəniz-2 layihəsinin icrası 99 faizə çatıb, Cənubi Qafqaz Qaz Kəməri 93 faiz, TANAP layihəsi 90 faiz icra edilib. TAP layihəsi ilə bağlı işlər cədvəl üzrə gedir. Açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Artıq bir neçə ölkə bu layihəyə qoşulmaqla bağlı müraciət edib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrası istiqamətində də önəmli addımlar atılıb, İran sərhədinə qədər dəmir yolunun tikintisi təmin edilib.