Bakının Suraxanı rayonu ərazisində baş vermiş kütləvi davada xəsarət alan şəxslərdən üçü xəstəxanadan evə buraxılıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Binə qəsəbəsində yerləşən Gürcü məhəlləsində dava-dalaş zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Papiaşvili Şengeli Masikoyeviç, 1988-ci il təvəllüdlü İsmayılov Polad Məhərrəm oğlu və 1994-cü il təvəllüdlü Soltanov Kamran Rasim oğlu 3 saylı şəhər xəstəxanasında ambulator müalicəyə yazılıb.
Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi və döş qəfəsinin əzilməsi diaqnozu qoyulan Papiaşvili İsak Davidoviç isə reanimasiya şöbəsinə yerləşdirilib.
Artıq dava-dalaşda iştirak edən şəxslər polis tərəfindən saxlanılıb. Davanın söyüş üstündə baş verdiyi bildirilir.