Azərbaycan prezidenti İlham Əliyev"Banklar haqqında qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb.
Unikal.org-un məlumatına görə, qanunun 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilib:
1.1. üçüncü cümlədən "ümumilikdə 90 gün müddətinədək sözləri çıxarılıb;
1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilib: "Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.
Keçid müddəasında (Maddə 2) isə qeyd olunur ki, bu qanunun 1-ci maddəsi bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.