Keçmiş məhkumdan 1,5 kq narkotik götürülüb.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 11-də Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində "VAZ-21074" markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Əsgər Hüseynov, sərnişininin isə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onların üzərlərinə və avtomobilə baxış keçirilib. Nəticədə avtomobilin arxa oturacağının altında gizlədilmiş, A.Əhmədova məxsus, sellofan torbada olan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan narkovasitənin 1 kiloqram 455 qram marixuana olması barədə rəy verilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır. Saxlanılan şəxslər maddi sübutla birgə istintaqa təhvil veriliblər.