CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 71,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,59 dollar/barel çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 71,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 11-də 68,8 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 11-də 70,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.