Ukraynanın Lvov şəhərində yol hərəkəti qaydalarını kobud pozduu üçün onu saxlamış patrul polisindən birini vurub yıxan, digərini kapotun üstündə küçə boyu sürüyən azərbaycanlı avtoxuliqan Elnarə Əbiyevə üzə çıxıb.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, life.ru internet vasitəsilə E.Əbiyevə ilə danışıb, ondan həm özü, həm törətdiyi əməl barədə soruşub.
Xatırladaq ki, bu hadisə Ukraynada geniş ictimai rezonans doğurub. E.Əbiyeva idarə etdiyi "Pageout 208 avtomobili ilə qarşı hərəkət zolağına çıxıb və tramvay yoluna daxil olub. Bu vaxt patrul polisi onu saxlayıb. Lakin azərbaycanlı avtoxuliqan polisin tələbinə tabe olmayıb və qaza basaraq onlardan birini vurub yıxıb. Ardınca maşını digər polisin üstünə sürüb, amma polis onun maşınının kapotundan yapışaraq avtoxuliqanı saxlamaq istəyib. E.Əbiyeva polisi bu vəziyyətdə küçə boyu sürüyüb. Daha sonra tormoza basaraq onu yolun kənarına atıb və uzaqlaşıb. Polis xəsarət alıb.
Hadisə ilə bağlı Lvov prokurorluğu cinayət işi qaldırıb və E.Əbiyevanın barəsində həbs qətimkan tədbiri seçib. Lakin onun Ukraynanı tərk etdiyi məlum olub. Bəzi məlumatlara görə E.Əbiyeva Bakıdadır. Çünki Yeni il bayramında Bakıdan, Qız qalasının yanından foto paylaşıb. Onun barəsində bu həftə axtarış elan olunacağı gözlənilir. Əbiyevanı polisə xəsarət yetirdiyi üçün beş ilədək həbs gözləyir.
E.Əbiyeva life.ru-ya bildirib ki, hadisədən sonra Ukraynanı tərk edib və Azərbaycanın hüdudları daxilində deyil. Lakin dəqiq harada olduğunu deməyib. Onun dediyinə görə, hər şey 10 dəqiqənin ərzində baş verdi. "Məni "miqalka ilə saxladılar. Polislər düşüb sənəd təqdim etməli idi, amma bunu etmədilər. Məndən sənəd tələb etdilər, vermədim. Yüksək tonda danışmağa başladılar. Şüşəni bağladım və çalışdım ki, əsəbiləşməyəm. Axı mən qaynar qanlı qızam. Onlar yenidən şüşəni döyəclədillər, mən yenə polislərdən sənəd istədim. Təqdim etmədilər, əvəzində maşına yumruq vurmağa başladılar. Cavab olaraq qaza basdım-Əbiyeva danışıb.
Dəliqanlı qız deyir ki, onu saxlayan polislər iki yox, üç nəfər olublar. O isə tək idi. "Mən özümü müdafiə etmişəm. Başa düşdüm ki, hərəkət edə bilərəm və qazı basdım. Başa düşmürəm ki, necə olub dörd patrul maşını məni qovub, amma saxlaya bilməyib-Əbiyeva deyir.
Azərbaycanlı avtoxuliqan bildirir ki, Ukrayna hüquq-mühafizə orqanlarının dediyi kimi o, polisi kapotun üstündə 500 metr yox, 1500 metr sürüyüb. "Sonra ona yazığım gəldi, tormoza basdım və dedim: "Düş kapotdan, mən gedirəm. Cavab olaraq o, mənim maşınımın ön şüşəsinə yumruq vurmağa başladı.
Əbiyeva deyir ki, KİV-lər əhvalatı təhrif ediblər. Əslində həmin polisin ayağı yox, əl barmağı sınıb. Və indi onu bu sınan barmağa görə Ukraynada 5 ilədək həbs gözləyir. Təbii ki, Əbiyeva Ukraynaya qayıdıb polisə təslim olmaq niyyətində deyil.
"Mən həbsdən qorxmuram. Alnıma yazılıbsa bu da olacaq. Belə vəziyyətdə mənə görə əziyyət çəkənlərə yazığım gəlir. Nəyə görə polis istədiyini etməlidir?-o deyir.
E.Əbiyevanın dediyinə görə, o hüquqşünasdır, firmalardan birində işləyir. Atası biznesmendir, özü bir neçə dildə bilir. Xasiyyətcə dəliqanlıdır, bu səbəbdən oğlanlarla sevgi münasibətləri yaxşı alınmır. Əbiyeva azyaşlı qızının Lvovda qaldığını bildirir. Deyir ki, onu özüylə gətirə bilməyib, çünki uşaq məktəbə gedir.