Bakıda barda kütləvi dava olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Nizami Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə 8-ci kilometr qəsəbəsində yerləşən barda baş vermiş kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.
Belə ki, kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu (sol qolunun kəsilmiş yarası), 30 yaşlı Əsədova Esmira Telman qızı (təpə nahiyəsinin kəsilmiş yarası) və Mirzəyeva Türkan (hər iki qolunun kəsilmiş yarası) aldığı xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, bıçaq xəsarəti almış daha 2 nəfər Nizami rayonu ərazisində yerləşən poliklinikalardan birinə aparılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi gecə klubuna cəlb edilib. İki nəfər şübhəli şəxs kimi saxlanılıb.