Azərbaycan Dövlət Neft Şirkətinə aid avtomobilin sürücüsü qəfildən vəfat edib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hadisə yanvarın 15-də saat 15 radələrində baş verib.
Paytaxtın Üzeyir Hacıbəyli küçəsi ilə hərəkət edən 10 AA 193 nömrəli "Chevrolet markalı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Mikayıl Məmmədovun qəfildən hal pisləşib. O avtomobili "Sahil bağının yaxınlığında saxlaya bilib, amma elə oradaca ürəktutmasında vəfat edib.