"SOCAR Mübariz Mənsimov və ya "Palmali Şirkətlər Qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir də görməyib.
Unikal.org xəbər verir ki, bunu "APA-Economicsin sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın "Palmali Şirkətlər Qrupuna məxsus 14 gəminin müsadirə etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.
"Palmali şirkətlərinə aid olan gəmilərin limanlara buraxılmamasına gəlincə, İ.Əhmədov bildirib ki, bu məsələ müvafiq orqanların səlahiyyətindədir: "SOCAR bununla bağlı hər hansı məlumata malik deyil.
Qeyd edək ki, dünən bəzi Türkiyə media orqanları SOCAR şirkətinin öz zavod və müəssisələrinə "Palmali gəmilərinin daxil olmasına qadağa qoyması barədə məlumat yayılıb. Məlumatda "Palmali Dənizçilik Şirkətinin SOCAR-a olan borclarını vaxtında ödəmədiyi üçün şirkətin 14 gəmisi müsadirə edildiyi bildirilib. Məlumatda həmin gəmilərin SOCAR-ın balansına keçərək yeni gəmiçilik şirkətinin yaradılması da öz əksini tapıb.