CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 70,98 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,65 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 70,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 16-da 67,93 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 16-da 69,67 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.