SOCAR rəhbərliyi ilə Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Palmali şirkətinin sahibi Mübariz Mənsimov arasında son günlər gərginlik daha da artmaqdadır. Yayılan məlumatlarda bildirilir ki, "Palmali şirkəti SOCAR-a olan yüz milyonlarla dollar borcunu ödəyə bilmədiyinə görə Mənsimovun 14 tankeri SOCAR-ın mülkiyyətinə keçib. Mənsimov isə mətbuata açıqlamasında bildirib ki, sahibi olduğu şirkətin SOCAR-a borcu yoxdur. Bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Palmali şirkəti ilə bağlı açıqlama yayıb. Şirkətin məlumatında bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə həqiqətə uyğun deyil: "Palmali Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu vardır. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik".
Unikal.org-un əldə etdiyi məlumata görə, "Palmali şirkətinin SOCAR-a 120 milyon dollar kredit borcu var.
Belə ki, 5 oktyabr 2009-cu il tarixində Palmali ilə imzalanmış, 6 noyabr 2009-cu il və 30 mart 2010-cu il tarixlərində düzəlişlər edilmiş kredit müqaviləsinə uyğun olaraq, Qrupa 30 sentyabr 2015-ci il tarixinə qədər illik LİBOR üstəgəl 4.5 faiz dərəcəsi ilə 120 milyon ABŞ dolları (94 AZN) məbləğində kredit ayırmışdır. Əsas və faiz məbləği hər rüb ödənilməlidir.
Hesabatda deyilir ki, əsas kredit borcu isə 2015-ci il 31 dekabr tarixindən 2021-ci il 31 dekabr tarixindək başa çatacaq. "Palmali"yə verilmiş kredit üzrə alınacaq məbləğin balans dəyəri isə122 milyon manat olacaq.
Amma hazırda isə SOCAR bu vəsaitin dollarla qaytarılmasını "Palmali şirkətindən tələb etdiyi üçün Mənsimov bundan imtina edir. SOCAR ilə "Palmali arasında sözügedən qalmaqal da manatın birinci devalvasiyası 21 fevral 2015-ci ildə baş verdikdən sonra yaranmağa başlayıb.
SOCAR-ın tələbindən imtina edən Mənsimov sonda 14 tankeri ilə vidalaşmalı olub. Hazırda tərəflər aralarında yaranan qalmaqalı mediasız çözməyə çalışırlar.
Qeyd edək ki, 2015-ci ildən SOCAR "Palmali arasında yaranan qalmaqalla bağlı belə rəsmi açıqlama vermişdi: "Türkiyənin bəzi media şəbəkələrində və onlara istinadən Azərbaycanın bir neçə KİV-də "Palmali Holdingin sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmarinanın SOCAR tərəfindən alınması məqsədilə guya danışıqlar aparılması haqqında məlumatlar yayılmışdır. SOCAR-ın mətbuat xidməti bildirir ki, bu məlumat tam əsassızdır; hazırda şirkətimiz tərəfindən belə bir investisiya layihəsi nəzərdən keçirilmir, gündəliyimizdə belə bir məsələ yoxdur.