Prezident İlham Əliyev İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, dövlət başçısı Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırılması məqsədilə Nazirlər Kabinetinin "İnvestisiya fəaliyyəti haqqında və "Xarici investisiyanın qorunması haqqında qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni "İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamasına sərəncam verib. Yeni qanun üç ay müddətində hazırlanıb prezidentə təqdim edilməlidir.