Azərbaycanda ötən il 20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb.
Unikal.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
"Onlardan 10 nəfəri ilə bağlı birbaşa prokurorluq orqanlarına şikayət olunub, digər 7 nəfərlə bağlı isə Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb. Hesabat ilində Apellyasiya Şurasına gömrükdən şikayət daxil olmayıb, 2,7 kiloqramdan artıq narkotik maddə və psixotrop maddələr aşkar olunub. Ötən il gömrük orqanları tərəfindən 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb".