Bakıda supermarketlərdən birindən bahalı içki oğurlanıb.
Unikl.org Lent.az-a istinadən xəbər verir ki, "Kontinental supermarketindən dəyəri 600 manat olan viskinin oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində içkini oğurlayan 22 yaşlı Gülnarə İsmayılova, 32 yaşlı Tamerlan Cabbarov və 38 yaşlı Emin Babayev tutulub.
Araşdırma aparılır.