Metroda cibgirlik edən şəxs saxlanılıb.
Bu barədə unikal.org-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun "Gənclik stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olduğu müəyyənləşib. Eyni zamanda onun yanvarın 19-da metronun "28 May stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.