Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra sahibkarların hostel açmağa marağı artıb.
Unikal.org xəbər verir ki, bunu trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, hostellərin sayı getdikcə artır.
N.Bağırov əlavə edib ki, Azərbaycanda dünya standartlarına cavab verən hostellər fəaliyyət göstərir:
"Lakin onlar Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçmədiyi üçün hostellərin sayını açıqlaya bilmirik. Hostellər daha çox Bakıda, xüsusilə şəhərin mərkəzində açılır.
Qeyd edək ki, Mənzil Məcəlləsinə edilən dəyişikliyə əsasən, özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələri və yaşayış evləri mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi" kimi istifadə oluna bilər. Bunun üçün mülkiyyətçidən heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.
Bu dəyişiklik vətəndaşlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etməyə şərait yaradıb.