Yanvarın 22-də Ədliyyə Nazirliyi Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Sabunçu rayon Polis idarəsinin əməkdaşları birgə əməliyyat keçiriblər.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Vüqar Məmmədova məxsus lüləsi kəsik, atəşə yararlı bir ədəd tüfəng (obrez) Bakı şəhəri Pirşağı qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.