Bakıda mənzildən xeyli miqdarda pul və qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 ABŞ dolları, habelə 700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Əhmədov saxlanılıb.