Bakıda kişi keçmiş arvadını boğaraq öldürüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Məlumata görə, 1985-ci il təvəllüdlü Rahib Babayev keçmiş həyat yoldaşı 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb.

R.Babayev könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.