Salyan rayonunda iki gənc bıçaqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə H.Əliyev prospektində baş verib.
Belə ki, naməlum şəxs Salyan şəhər Ş.Hüseynzadə küçəsinin sakinləri, 1998-ci il təvəllüdlü Nurməmməd Telman oğlu Cəfərova 7, 1996-cı il təvllüdlü Toğrul İlham oğlu Abdullayevə 4 bıçaq zərbəsi vuraraq qaçıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildiirlib ki, hər iki gənc əməliyyat olunub: "Əməliyyat olunan gənclər reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağırdır".
Faktla bağlı araşdırmalara başlanılıb.