Ötən il axtarışda olan 54 nəfər və 236 avtomobil yol polisi tərəfindən saxlanılıb. Polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 odlu silah aşkar edilərək istintaq orqanlarına verilib.
Unikal.org xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən ilin yekunlarına dair müşavirədə deyib.
R.Zeynalov qeyd edib ki, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb. Bundan əlavə 272 saxta sənəd aşkarlanaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin "isti izlərlə tapılması təmin edilib.