Azərbaycanda valideynlərinin hər ikisini itirmiş və yaxud valideyninin birini itirmiş, digəri ikinci qrup əlil olan 18 yaşına qədər şəxslərin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarılır.

Unikal.org trend-ə isitinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı komitədə işlər gedir, xeyli materiallar toplanılıb.

H.Rəcəblinin sözlərinə görə, təxmini hesablamalara görə, Azərbaycanın təhsil müəssisələrində 100-dən artıq belə uşaq təhsil alır. H.Rəcəbli bu məsələnin komitənin gündəliyinə daxil edilməsinin məqsədəuyğun olduğunu bildirib.