Tanışını vəziyyətdə bıçaqlamaqda təqsirləndirilən 68 yaşlı Əmrəddin Nuriyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasınən hökmünə əsasən, Ə. Nuriyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə ötən il Şabran rayonunda baş verib. Ə. Nuriyev bir evdə yaşadığı tanışı Əvəz Süleymanovu məişət zəminində bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Ə. Nuriyev saxlanılıb. Lakin istintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Bildirilib ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub.
Onu da qeyd edək ki, Ə. Nuriyev dəfərlərlə cinayət törətdiyi üçün məhbus həyatı yaşayıb. O, ilk dəfə 1971-ci ildə həbsə düşüb. Daha sonra 1978-ci, 1988-ci, 1991-ci, 1993-cü, 1994-cü, 2010-cu illərdə həbsdə düşüb. O, xuliqanlıq, adam öldürməyə cəhd, bıçaqlama, zorlamağa cəhd cinayətləri törədib. Ümumilikdə Ə. Nuriyev ömrünün 27 ilini həbsdə keçirib.