Azərbaycanda daha bir siqaret markasında ucuzlaşma baş verib.

Unikal.org-un məlumatına görə, Azərbaycan Respublikasında rəsmi satışı həyata keçirilən Belorus istehsalı olan "Gold NZ compact siqaretində ucuzlaşma qeydə alınıb.

Qeyd edək ki, ötən günədək bu siqaretlər 1 manat 20 qəpiyə satılırdısa, hazırda siqaretin topdan satışı 0,90 AZN-ə, pərakəndə isə 1 AZN-ə həyata keçirilir.

Siqaret satan dükan sahibləri yanvarın 28-dən Azərbaycanda tütün məmulatlarının kəskin bahalaşacağını bildiriblər.

Onlar bu məlumatı siqaret satışı ilə məşğul olan şirkətin əməkdaşlarından aldıqlarını qeyd ediblər.